Azərbaycan İnvestisiya Holdinqinin kollektivi Heydər Əliyev Mərkəzini ziyarət edib

05 may 2023
News image
News image
News image
News image
News image
News image
News image
News image

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında” Sərəncamının icrası və Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi çərçivəsində 5 may 2023-cü il tarixində Azərbaycan İnvestisiya Holdinqinin kollektivi Heydər Əliyev Mərkəzini ziyarət edib.

Ziyarət zamanı kollektiv Heydər Əliyev Mərkəzinin Muzeyi ilə tanış olub. İştirakçılara Ulu Öndərin zəngin həyat yolu və siyasi fəaliyyəti haqqında tarixi məlumatlar verilib. Ziyarətçilər dahi şəxsiyyətin həyat və fəaliyyətinin bütün dövrlərini əhatə edən video və fotolar, arxiv sənədlərinin surətləri, eləcə də müxtəlif eksponatlarla tanış olublar.