AİH-in Baş icraçı direktoru dördüncü “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşüb

21 apr 2025
News image
News image
News image

Azərbaycan İnvestisiya Holdinqinin (AİH) Baş icraçı direktoru Ruslan Əlixanov dördüncü “Yüksəliş” müsabiqəsinin qalibi Əkbər Əsgərov ilə görüş keçirib.

Hazırda Amerika Birləşmiş Ştatlarının Urbana-Şampeyn İllinoys Universitetində maliyyə ixtisası üzrə magistr təhsili alan Əkbər Əsgərovla keçirilən görüş zamanı AİH-in Baş icraçı direktoru onu qazandığı uğur münasibətilə təbrik edib, hazırkı təhsil və fəaliyyət istiqamətləri ilə maraqlanıb.

Bir sıra qarşılıqlı maraq doğuran mövzular ətrafında geniş fikir mübadiləsi aparılmış görüşün sonunda Ruslan Əlixanov şəxsi və karyera inkişafının vacibliyini vurğulayıb və növbəti görüşlərdə daha interaktiv müzakirələr olacağını qeyd edib. Müsabiqə qalibi isə öz növbəsində təşəkkürünü bildirərək bu görüşlərin onun inkişafında əhəmiyyətini qeyd edib.

“Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla təsis olunub. Sayca beşinci “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Prezident İlham Əliyev tərəfindən 18 dekabr 2024-cü il tarixində müvafiq Sərəncam imzalanıb.