Loading...
Press relizlər
25 iyl 2024

Azərbaycan İnvestisiya Holdinqinin (AİH) nümayəndə heyəti 25 iyul tarixində Çin Xalq Respublikasına işgüzar səfəri çərçivəsində CNCEC şirkətinin (“Сhina National Chemical Engineerig Company”) rəhbər heyəti ilə görüşüb.

 

CNCEC-in baş ofisində təşkil edilən görüşdə AİH-in idarəetməsində olan dövlət müəssisələri və CNCEC arasında müxtəlif istiqamətlərdə əməkdaşlıq imkanları müzakirə edilib. Görüş iştirakçılarına CNCEC-in fəaliyyəti, ixtisaslaşdığı sahələr və şirkətin əldə etdiyi nailiyyətlər barədə məlumat verilib. Həmçinin, AİH-in nümayəndə heyətinə CNCEC-in interaktiv sərgi mərkəzində şirkətin icra etdiyi müxtəlif uğurlu layihələr nümayiş etdirilib. 

 

Görüş zamanı tərəflər AİH-in idarəetməsində olan dövlət müəssisələrinin CNCEC ilə gələcək qarşılıqlı əməkdaşlığının formalaşdırılması istiqamətində fikir mübadiləsi aparılıb. Bundan başqa CNCEC tərəfindən daha öncə də xüsusi maraq ifadə edilmiş Azərbaycan Respublikasının dövlət müəssisələrinə özəl investisiyaların cəlb edilməsi ilə bağlı layihənin hazırkı icra statusuna dair məlumat verilib.

Visions Icon

Missiyamız

AİH-nin mədəni dəyərlərini bölüşən peşəkar və məqsədyönlü komanda tərəfindən həyata keçirilən şəffaf investisiya prosesləri vasitəsilə Azərbaycanın uzunmüddətli inkişafına və firavanlığının artımına xidmət etmək.

Ətraflı
Visions

Portfel şirkətlər

Energetika və təbii sərvətlər

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “AzerGold” QSC

Logistika

“Azərbaycan Dəmir Yolları” QSC “Azərbaycan Hava Yolları” QSC “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC ”Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC

İctimai xidmətlər

“Bakı Metropoliteni” QSC “Təmiz Şəhər” ASC “Baku Bus” MMC

Maliyyə

“Azərbaycan Beynəlxalq Bankı” ASC “Azər Türk Bank” ASC