AİH və Asiya İnkişaf Bankı əməkdaşlıq perspektivlərini müzakirə edib
Azərbaycan İnvestisiya Holdinqində (AİH) Asiya İnkişaf Bankının (AİB) nümayəndələri ilə görüş keçirilib.
Görüş zamanı, AİH-in idarəetməsində olan dövlət müəssisələrinin səmərəliliyinin və maliyyə dayanıqlığının artırılması, eləcə də korporativ idarəetmə sistemlərinin gücləndirilməsi istiqamətində əldə olunan irəliləyişlər və qarşıya qoyulan məqsədlər barədə AİB nümayəndələri məlumatlandırılıb.
Tərəflər arasında birgə əməkdaşlıq perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə edilib.