AİH və Çin İnvestisiya Korporasiyası arasında görüş keçirilib

25 fev 2025
News image

18 fevral 2025-ci il tarixdə Azərbaycan İnvestisiya Holdinqinin (AİH) baş icraçı direktoru Ruslan Əlixanov ilə Çin İnvestisiya Korporasiyasının (CIC) sədri Zhang Qingsong arasında Pekin şəhərində görüş keçirilib.

Görüşdə qlobal makro-iqtisadi vəziyyət, AİH və CIC arasında müxtəlif istiqamətlərdə əməkdaşlıq və digər mövzular ətrafında fikir mübadiləsi aparılıb.