AİH ilə Çinin CNCEC şirkəti arasında potensial əməkdaşlıq sahələri müzakirə edilib

17 mar 2025
News image
News image

Azərbaycan İnvestisiya Holdinqi (AİH) və Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) nümayəndələri ilə Çin Xalq Respublikasının Dövlət Şurasının Dövlət Aktivlərinə Nəzarət və İdarəetmə Komissiyasının (SASAC) idarəetməsində olan CNCEC (China National Chemical Engineering Co., Ltd.) şirkətinin nümayəndə heyəti arasında görüş keçirilib.

Neft və kimya mühəndisliyi sahəsində Çin Xalq Respublikasının ən qabaqcıl şirkətlərindən biri olan CNCEC ilə görüş zamanı birgə investisiya və yeni investisiya layihələrinin araşdırılması istiqamətində potensial əməkdaşlıq imkanları müzakirə olunub.