About image
About image
About image
About image
About image
About image

"Azərbaycan İnvestisiya Holdinqi" Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 7 avqust tarixli 1120 saylı Fərmanı ilə yaradılıb. Azərbaycan İnvestisiya Holdinqi onun idarəetməsinə verilmiş dövlət şirkətlərinin və müəssisələrinin, dövlət payı olan təsərrüfat cəmiyyətlərinin vahid prinsiplər əsasında idarə edilməsi, fəaliyyətinin təkmilləşdirilməsi, o cümlədən həyata keçirdikləri investisiya proqramlarının şəffaflığının və iqtisadi səmərəsinin yüksəldilməsi, onların rəqabət qabiliyyətinin təmin olunması, maliyyə sağlamlığının və dayanıqlılığının yaxşılaşdırılması sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir.

Visions Icon

Missiyamız

AİH-nin mədəni dəyərlərini bölüşən peşəkar və məqsədyönlü komanda tərəfindən həyata keçirilən şəffaf investisiya prosesləri vasitəsilə Azərbaycanın uzunmüddətli inkişafına və firavanlığının artımına xidmət etmək.

Visions

Baxışımız

Portfel şirkətlərinin effektiv şəkildə inkişafını təmin etməklə Azərbaycanın rifahının köklü və dayanıqlı artımını təmin etmək.

Dəyərlərimiz

Peşəkarlıq və meritokratiya

AİH ən yüksək peşəkarlıq standartlarının tətbiqini təşviq edir və meritokratiya prinsipi əsasında fəaliyyət göstərir.

Komanda işi

AİH effektiv komanda işinin davamlı inkişaf və müvəffəqiyyət üçün həlledici olduğunu qəbul edərək əməkdaşlıq və birliyi təşviq edir.

Məqsədyönlülük

AİH portfel aktivlərində ən qabaqcıl təcrübələri tətbiq etməklə və mənimsəməklə əzmlə onların inkişafına çalışır.

Etimad

AİH güclü və faydalı əlaqələrin qurulmasına şərait yaradan qarşılıqlı dəstək və etimad mühiti yaratmağı prioritetləşdirir.

Şəffaflıq

AİH öz fəaliyyətini ən yüksək şəffaflıq və dürüstlük standartlarına uyğun olaraq həyata keçirir.