AİH və Silk Road Fund arasında Çərçivə Sazişi imzalanıb

29 apr 2025
News image

Azərbaycan İnvestisiya Holdinqi (AİH) və Silk Road Fund (SRF) arasında Çərçivə Sazişi imzalanıb.

Hər iki qurumun birgə investisiya fəaliyyəti həyata keçirmək niyyətini əks etdirən sənədin imzalanması mərasimi AİH-in Baş icraçı direktoru Ruslan Əlixanov və SRF-nin sədri Ju Cunun iştirakı ilə keçirilib.

Sazişə əsasən, AİH və SRF əməkdaşlıq layihələrinin həyata keçirilməsini fəal şəkildə təşviq edəcək, o cümlədən, infrastruktur, enerji və təbii ehtiyatlar, sənaye və maliyyə sahələrində əməkdaşlıq məqsədilə Azərbaycan və digər “Kəmər və Yol Təşəbbüsü”nün daxil olduğu regionlarda dayanıqlı inkişaf üçün investisiya imkanlarını araşdıracaq.