“Azər-Türk Bank" ASC-nin Müşahidə Şurasının əyani iclası keçirilib
“Azər-Türk Bank" ASC-nin Müşahidə Şurasının əyani iclası keçirilmişdir.
“Azər-Türk Bank" ASC-nin Müşahidə Şurasının sədri, Azərbaycan İnvestisiya Holdinqinin (AİH) Baş icraçı direktoru Ruslan Əlixanovun sədrliyi ilə keçirilən iclasda Müşahidə Şurasının üzvləri, AİH-in nümayəndələri, Bankın İdarə Heyətinin sədri və digər üzvləri iştirak etmişdir.
İclas zamanı 2025-ci ilin I rübü üzrə Bankın idarəetmə hesabatı, Bankın risklərin idarəedilməsi üzrə hesabatı və Bankda transformasiya sahəsi üzrə görülmüş işlər müzakirə edilmiş, habelə Bankın daxili audit bölməsi tərəfindən 2024-cü il üzrə aparılmış audit yoxlamaları və bunun nəticələri üzrə Bankın İdarə Heyəti tərəfindən görülən tədbirlərin icra vəziyyəti barədə hesabat dinlənilmişdir.
Həmçinin, iclasda Bankın fəaliyyətinə aid digər vacib məsələlər də müzakirə edilmişdir.