AİH və SASAC arasında Anlaşma Memorandumu imzalanıb

28 apr 2025
News image
News image

Azərbaycan İnvestisiya Holdinqi (AİH) ilə Çin Xalq Respublikasının Dövlət Şurasının Dövlət Aktivlərinə Nəzarət və İdarəetmə Komissiyası (SASAC) arasında Anlaşma Memorandumu imzalanıb.

İmzalanmış yeni Memorandumun məqsədi AİH və SASAC-ın nəzarəti altında olan dövlət müəssisələri arasında dövlət mülkiyyəti və korporativ idarəetmə sahəsində təcrübə mübadiləsi, həmçinin müəssisələr arasında birbaşa tərəfdaşlığın təşviqi istiqamətində əməkdaşlığın inkişaf etdirilməsidir.

Sənədə əsasən, tərəflər nəzarət mexanizmləri sahəsində ən yaxşı təcrübələrin paylaşılmasını, korporativ liderlik və idarəetmə strukturlarının inkişafı məqsədilə qarşılıqlı səfərlərin, ekspert məsləhətləşmələrinin və təlim proqramlarının həyata keçirilməsini, islahatlar və strateji idarəetmə üzrə dialoqun təşviqini və innovasiya yönümlü inkişafla bağlı məlumat mübadiləsini nəzərdə tuturlar.

Eyni zamanda, tərəflər idarəetmələrində olan dövlət müəssisələri arasında birbaşa əlaqələrin qurulması, infrastruktur, enerji, kənd təsərrüfatı, sənaye və davamlı inkişaf sahələrində birgə layihələrin dəstəklənməsi, eləcə də investisiya və ticarət əməkdaşlığının təşviqi və korporativ sosial məsuliyyət üzrə təşəbbüslərin inkişaf etdirilməsi istiqamətində əməkdaşlıq etməyə razılaşıblar.