AİH-in Baş icraçı direktoru ilə Pakistanın neft üzrə dövlət naziri arasında görüş keçirilib

02 iyn 2023
News image

Azərbaycan İnvestisiya Holdinqinin (AİH) Baş icraçı direktoru Ruslan Əlixanov ilə Pakistan İslam Respublikasının neft üzrə dövlət naziri Musadik Malik arasında görüş keçirilib.

Baş icraçı direktor AİH-in fəaliyyəti və onun idarəetməsinə verilmiş dövlət şirkətlərində son dövrdə həyata keçirilən islahatlar barədə nazirə məlumat verib. Görüşdə həmçinin potensial əməkdaşlıq perspektivləri və qarşılıqlı investisiya qoyuluşu mövzuları ətrafında geniş fikir mübadiləsi aparılıb.