AİH-də Dünya Bankının rəhbər heyəti ilə görüş keçirilib

31 may 2023
News image

Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktoru Ruslan Əlixanov Dünya Bankının dövlət idarəçiliyi üzrə regional müdiri Deniel Boys və Azərbaycan üzrə ölkə meneceri Sara Mayklın tərkibində yer aldığı nümayəndə heyəti ilə görüş keçirib.

Görüş zamanı AİH tərəfindən Dünya Bankı ilə birgə bu günədək görülmüş işlər, hazırda həyata keçirilən layihələrin icra vəziyyəti və gələcək üçün potensial əməkdaşlıq perspektivləri müzakirə olunub.