AİH-də “Boston Consulting Group” şirkətinin idarəedici direktoru və baş tərəfdaşı ilə görüş keçirilib

31 may 2023
News image

Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktoru Ruslan Əlixanov Bakı Enerji Forumunda iştirak etmək məqsədilə Azərbaycanda səfərdə olan “Boston Consulting Group” (BCG) idarəedici direktoru və baş tərəfdaşı Pattabi Seşadri ilə görüşüb.

Görüşdə AİH-in Baş icraçı direktoru Ruslan Əlixanov AİH-in idarəetməsinə verilmiş dövlət şirkətlərinin fəaliyyəti barədə nümayəndə heyətini məlumatlandıraraq, onlar üçün maliyyə resurslarına əlverişli çıxış imkanlarının yaradılmasının və fəaliyyət göstərdikləri sahələrə xarici investisiyaların cəlb edilməsinin vacibliyini vurğulayıb.

Tərəflər arasında birgə əməkdaşlıq perspektivləri, xarici investisiyaların cəlb edilməsi üçün potensial layihələr və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.