"Təmiz Şəhər" ASC-nin Müşahidə Şurasının iclası keçirilib
İclasda Müşahidə Şurasının sədri, üzvləri, “Təmiz Şəhər” ASC-nin İdarə Heyətinin sədri, əməkdaşları, həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Azərbaycan İnvestisiya Holdinqinin nümayəndələri iştirak edib.
Görüşdə Cəmiyyətin 2023-cü ilin ilk 6 ayı üzrə idarəetmə hesabatı nəzərdən keçirilib, Cəmiyyət tərəfindən həyata keçirilməsi planlaşdırılan investisiya layihələri və qurumun Koordinasiya ofisinin fəaliyyəti müzakirə edilib. Eyni zamanda iclasda işğaldan azad edilmiş ərazilərdə görülən işlərə baxılıb və Bərk Məişət Tullantılarının Yandırılması Zavodunun təhlükəsiz istismarı barədə fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının tərkibi Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 22 sentyabr tarixli Sərəncamına əsasən yenidən formalaşdırılıb.