AİH-lə SASAC arasında Anlaşma Memorandumu imzalanıb

21 noy 2024
News image
News image
News image

Azərbaycan İnvestisiya Holdinqi (AİH) ilə Çin Xalq Respublikasının Dövlət Şurasının Dövlət Aktivlərinə Nəzarət və İdarəetmə Komissiyası (SASAC) arasında BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 çərçivəsində Anlaşma Memorandumu imzalanıb.

Memorandumun məqsədi AİH və SASAC-ın nəzarəti altında olan Dövlət Müəssisələri (DM) arasında yaşıl inkişaf, aşağı karbon strategiyaları və sosial məsuliyyət təşəbbüsləri sahələrində əməkdaşlığın qurulması və təşviq edilməsidir.

Tərəflər həmçinin karbon emissiyalarının azaldılması, enerji səmərəliliyinin artırılması və resursların idarəedilməsi strategiyalarının inkişafı istiqamətində əməkdaşlıq etməyə, yaşıl texnologiyalar və innovasiyaların hazırlanması və tətbiqini dəstəkləməyə, korporativ sosial məsuliyyət və ekoloji dayanıqlılıq üzrə təcrübə və ən yaxşı nümunələri mübadilə etməyə, yaşıl və dayanıqlı layihələrdə əməkdaşlıq imkanlarını araşdırmaq üçün birgə təhlillər aparmağa dair razılığa gəliblər.