Azərbaycan İnvestisiya Holdinqində Oman İnvestisiya Təşkilatı və onun strateji tərəfdaşları ilə görüş keçirilib

20 noy 2024
News image
News image

19 noyabr 2024-cü il tarixində Azərbaycan İnvestisiya Holdinqində Oman İnvestisiya Təşkilatı və onun strateji tərəfdaşları olan Oman İnvestisiya Bankı, OYAK və Maha Capital şirkətlərinin nümayəndələri ilə görüş keçirilib.

Görüş zamanı tərəflər arasında birgə investisiya imkanları və yeni investisiya layihələrinin araşdırılması istiqamətində potensial əməkdaşlıq sahələri müzakirə olunub.