AİH ilə EY arasında əməkdaşlıq imkanları müzakirə olunub
Azərbaycan İnvestisiya Holdinqində (AİH) Ernst & Young (EY) şirkətinin Qlobal İqlim Dəyişikliyi və Davamlılıq Xidmətləri üzrə lideri Metyu Bellin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
Görüşdə davamlı inkişaf, yaşıl maliyyələşdirmə və karbon iqtisadiyyatı sahələrində əməkdaşlıq imkanları müzakirə olunub. Həmçinin, AİH-in idarəetməsində olan şirkətlərdə davamlılıq təşəbbüslərinin artırılması istiqamətində EY ilə əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.