AİH-də SASAC və onun portfelində olan şirkətlərin nümayəndələri ilə görüş keçirilib

20 noy 2024
News image
News image
News image
News image
News image
News image

19 noyabr tarixində Azərbaycan İnvestisiya Holdinqində (AİH) Çin Xalq Respublikasının Dövlət Şurasının Dövlətə Məxsus Aktivlərə Nəzarət və İdarəetmə Komissiyası (SASAC) və onun portfelində olan şirkətlərdən ibarət nümayəndə heyəti ilə görüş keçirilib.

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 çərçivəsində keçirilmiş görüşdə tərəflərin idarə etdiyi dövlətə məxsus müəssisələr arasında yaşıl inkişaf, aşağı karbon strategiyası və sosial məsuliyyət təşəbbüsləri və digər sahələrdə əməkdaşlıq imkanları müzakirə edilib.