Azərbaycan İnvestisiya Holdinqinin kollektivi "Anım Günü" ilə bağlı Zəfər parkını ziyarət edib

27 sen 2023
News image
News image
News image
News image
News image

Azərbaycan İnvestisiya Holdinqinin kollektivi 27 Sentyabr – "Anım Günü" ilə əlaqədar Bakıda inşası davam etdirilən Zəfər parkını ziyarət edib.

Kollektiv üzvləri xatirə daşının önünə gül dəstələri qoyub, Vətən Müharibəsində qəhrəmancasına döyüşərək Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi dərin ehtiramla yad ediblər.