AİH-in rəhbər heyəti ilə Asiya İnfrastruktur İnvestisiya Bankının nümayəndə heyəti arasında görüş keçirilib
Azərbaycan İnvestisiya Holdinqində (AİH) Asiya İnfrastruktur İnvestisiya Bankının (AİİB) investisiya əməliyyatları üzrə vitse-prezidenti Konstantin Limitovskinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
Görüşdə tərəflər arasında AİH-in idarəetməsində olan dövlət müəssisələri və AİİB-in fəaliyyət prioritetləri haqqında müzakirələr aparılıb, Bankın maliyyə dəstəyi ilə ölkəmizdə həyata keçirilməsi mümkün hesab olunan potensial layihələr müəyyən edilib.