AİH-in Baş icraçı direktoru AYİB-in Səmərqənddə keçirilən Rəhbərlər Şurasının 32-ci İllik Toplantısında iştirak edir
Azərbaycan İnvestisiya Holdinqinin (AİH) Baş icraçı direktoru Ruslan Əlixanov Özbəkistan Respublikasının Səmərqənd şəhərində keçirilən Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Rəhbərlər Şurasının 32-ci İllik Toplantısında iştirak edir.
Sözügedən İllik Toplantı çərçivəsində 16 may tarixində təşkil olunmuş və yüksək səviyyəli rəsmilərin, xarici investorların və beynəlxalq təşkilatların nümayəndələrinin qatıldığı Azərbaycanın investisiya imkanları mövzusunda xüsusi sessiyada Ruslan Əlixanov panelist qismində bir sıra suallara cavab verərək AİH tərəfindən portfel şirkətlərində korporativ idarəetmə sahəsində həyata keçirilən islahatlar, görülmüş işlər və bugünədək əldə olunmuş müsbət nəticələr barədə geniş məlumat verib. Sözügedən sessiyanın sonunda AİH-in Baş icraçı direktoru Ruslan Əlixanov AYİB-in Qafqaz üzrə regional direktoru Katarina Byorlin Hansen ilə AİH-in portfel şirkəti olan “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nə (ASCO) donanmasının yenilənməsi məqsədilə AYİB tərəfindən dövlət zəmanəti olmadan irihəcmli kreditin ayrılmasına dair Dəstək Məktubu imzalayıb. Ruslan Əlixanov həmçinin İllik Toplantı çərçivəsində bir sıra ikitərəfli görüşlərdə iştirak edib.