AİH-də İnvestisiya və İxrac Kreditlərinin Sığortası üzrə İslam Korporasiyasının nümayəndə heyəti ilə görüş keçirilib
Azərbaycan İnvestisiya Holdinqində (AİH) İslam İnkişaf Bankı (IsDB) Qrupuna daxil olan İnvestisiya və İxrac Kreditlərinin Sığortası üzrə İslam Korporasiyasının (ICIEC) Baş icraçı direktoru Oussama Kaissinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
Görüş çərçivəsində AİH və AİH-in idarəetməsində olan dövlət müəssisələrinin ICIEC ilə mümkün əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılıb.