AİH-də Harvard Universitetinin Beynəlxalq İnkişaf Mərkəzinin nümayəndələri ilə görüş olub

04 okt 2023
News image

Azərbaycan İnvestisiya Holdinqində ölkəmizdə səfərdə olan Harvard Universitetinin Beynəlxalq İnkişaf Mərkəzinin (GROWTH LAB) nümayəndələri ilə görüş keçirilib.

Görüşdə qonaqlara AİH-in fəaliyyəti, missiyası, hədəfləri barədə məlumat verilib. Görüşdə həmçinin AİH-in idarəetməsinə verilmiş dövlət şirkətlərində son dövrdə həyata keçirilən islahatlar diqqətə çatdırılıb və potensial əməkdaşlıq perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb.