“Təmiz Şəhər” ASC-nin Müşahidə Şurasının növbəti iclası keçirilib

02 iyl 2022

“Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının iclası keçirilib.

Müşahidə Şurasının sədri, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevin sədrliyi ilə keçirilən iclasda Müşahidə Şurasının üzvləri, “Təmiz Şəhər” ASC-nin İdarə Heyətinin sədri və digər üzvləri, həmçinin Azərbaycan İnvestisiya Holdinqinin nümayəndələri iştirak edib.

İclasda Cəmiyyətin 2022-ci il üzrə büdcəsi, o cümlədən, hüquq, maliyyə, vergi və kommersiya sahələrində fəaliyyətinin yekunlarının diaqnostikasının nəticələrinə dair Tədbirlər Planı müzakirə olunub. Eyni zamanda, iclas iştirakçıları Cəmiyyətin yeni korporativ strukturunu müzakirə edərək müvafiq qərarlar qəbul ediblər.

Qeyd edək ki, “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının tərkibi Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 22 sentyabr tarixli Sərəncamına əsasən yenidən formalaşdırılıb.