Azərbaycan İnvestisiya Holdinqi ilə Bloomberg L.P. şirkəti arasında niyyət məktubu imzalanıb
Azərbaycan İnvestisiya Holdinqi (AİH) ilə qlobal maliyyə, biznes və media şirkəti olan “Bloomberg L.P.” (“Bloomberg”) arasında əməkdaşlığın başlanması məqsədi ilə niyyət məktubunun imzalanması mərasimi keçirilib.
Əməkdaşlıq çərçivəsində “Bloomberg” tərəfindən ölkəmizdə həyata keçirilən dövlət müəssisələrinin özəlləşdirilməsi proqramının dəstəklənməsi, özəlləşdirmədə iştirak edən dövlət müəssisələrinin maliyyə və əməliyyat məlumatlarının “Bloomberg” terminalı vasitəsilə əks etdirilməsi nəzərdə tutulur ki, bu da geniş qlobal investor bazasına çıxışı təmin edəcək.
Əlavə olaraq, “Bloomberg” tərəfindən AİH və onun idarəetməsində olan dövlət müəssisələrinin rəhbər şəxsləri üçün “Liderlər dairəsi” tədbirinin keçirilməsi, eləcə də əməkdaşları üçün maliyyə sahəsində bir sıra təlimlərin təşkili nəzərdə tutulur.