AİH-də Astana Beynəlxalq Maliyyə Mərkəzinin nümayəndələri ilə görüş keçirilib

10 okt 2024
News image

Azərbaycan İnvestisiya Holdinqində (AİH) Astana Beynəlxalq Maliyyə Mərkəzinin (AIFC) nümayəndə heyəti ilə görüş keçirilib.

AİH-in və Astana Beynəlxalq Maliyyə Mərkəzinin rəhbər heyətlərinin iştirakı ilə baş tutan görüşdə AİH - "Samruk Kazyna" Birgə İnvestisiya Fondunun fəaliyyəti, qurumlar arasında əməkdaşlığın genişləndirilməsi imkanları və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.