“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin Müşahidə Şurasının 10-cu iclası keçirilib

15 dek 2021
News image

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının növbəti iclası keçirilib. Müşahidə Şurasının sədri, Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi Xalid Əhədovun sədrliyi ilə keçirilən 10-cu iclasda Müşahidə Şurasının üzvləri, Cəmiyyətinin Baş direktoru Taleh Ziyadov və Cəmiyyətin digər vəzifəli şəxsləri iştirak ediblər.

İclasda Bakı Limanının 2021-ci il üzrə büdcəsinin icrası, 2022-ci il üçün büdcə layihəsi, Gübrə terminalı layihəsi, Cəmiyyətin digər investisiya layihələri və s. müzakirə olunaraq müvafiq qərarlar qəbul olunub. Bundan başqa iclasda Cəmiyyətin icra orqanı tərəfindən qaldırılan məsələlər barədə fikir mübadiləsi aparılıb.

Qeyd edək ki,“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurası Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 22 fevral tarixli Sərəncamına əsasən yaradılıb.