AİH-də AYİB-in nümayəndə heyəti ilə növbəti görüş keçirilib

14 iyn 2024
News image
News image

Azərbaycan İnvestisiya Holdinqinin (AİH) Baş icraçı direktoru Ruslan Əlixanov ölkəmizdə səfərdə olan Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) nümayəndə heyəti ilə görüş keçirib.

Görüşdə AİH-in fəaliyyət istiqamətləri, idarəetməsinə verilmiş portfel şirkətlərdə korporativ idarəetmə sahəsində görülmüş işlər, eləcə də AYİB ilə cari və gələcək əməkdaşlıq barədə qarşılıqlı fikir mübadiləsi aparılıb.