AİH-in Baş icraçı direktorunun “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşləri davam edir
“Yüksəliş” müsabiqəsinin Mentorluq proqramı çərçivəsində Azərbaycan İnvestisiya Holdinqinin (AİH) Baş icraçı direktoru Ruslan Əlixanovun mentilərlə görüşləri davam edir.
AİH-in Baş icraçı direktoru Mərkəzi Bankın baş direktoru Şahin Mahmudzadə və “Azerbaijan Trading Corporation” şirkətlər qrupunda əməliyyatlar üzrə baş direktor Mirzə Ələkbər Babayevin hazırkı fəaliyyət istiqamətləri ilə maraqlanıb və mentorları olaraq peşəkar inkişafları ilə bağlı öz təcrübə və tövsiyələrini paylaşıb.
Bir sıra qarşılıqlı maraq doğuran mövzular ətrafında geniş fikir mübadiləsi aparılmış görüşün sonunda Ruslan Əlixanov gələcək karyera inkişafında müsabiqə qaliblərinə uğurlar arzu edib, müsabiqə qalibləri isə öz növbələrində səmimi görüşə görə təşəkkür edərək birillik fərdi inkişaf planının əhəmiyyətini qeyd ediblər.
Xatırladaq ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikası Prezidentinin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla təsis olunub. Müsabiqə 21-51 yaş aralığında, iki illik idarəçilik təcrübəsi olan, ali təhsilli Azərbaycan Respublikasının vətəndaşlarını əhatə edir. Müsabiqə 5 mərhələdən – qeydiyyat, onlayn seçim, əyani, yarımfinal və finaldan ibarətdir. Müsabiqə qalibləri idarəçi rəhbərlər (https://yukselish.az/mentors.html) tərəfindən birillik fərdi inkişaf planı və hər biri 20 min manat məbləğində özünüinkişaf qrantı əldə edirlər.
Qeyd edək ki, növbəti, sayca dördüncü “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti tərəfindən 25 dekabr 2023-cü il tarixində Sərəncam imzalanıb.