Loading...
Press relizlər
23 oktyabr 2026

Oktyabrın 21–22-də Paris şəhərində, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) qərargahında Dövlət Mülkiyyəti və Özəlləşdirmə Təcrübələri üzrə İşçi Qrupunun 47-ci iclası keçirilib.

İclasda dövlət müəssisələri üzrə mərkəzləşdirilmiş mülkiyyət modelləri, şura üzvlərinin namizədliyinin irəli sürülməsi mexanizmləri, “Afrika Kapital Bazarları Hesabatı 2026”-nın dövlət müəssisələrinə həsr olunmuş fəsli, həmçinin bir sıra ölkələrin Dövlət Müəssisələrinin Korporativ İdarəetməsi üzrə İƏİT Təlimatlarına uyğunluğunun qiymətləndirilməsi məsələləri nəzərdən keçirilib.

Tədbir çərçivəsində İƏİT-in “Dövlət Müəssisələrinin Mülkiyyəti və İdarə Olunması 2026” hesabatının təqdimatı olub, sənədin əsas nəticələri, yeni tendensiyalar və siyasət istiqamətləri geniş müzakirə olunub.

Azərbaycan İnvestisiya Holdinqinin nümayəndə heyəti iclasdakı müzakirələrə qatılaraq dövlət mülkiyyətinin idarə edilməsi sahəsində beynəlxalq təcrübə, xüsusilə mərkəzləşdirilmiş mülkiyyət modelləri ilə bağlı iştirakçılarla fikir mübadiləsi aparıb.

Həmçinin, nümayəndə heyəti İşçi Qrupunun məsul şəxsləri ilə növbəti əməkdaşlıq layihələrinin həyata keçirilməsinə dair ikitərəfli görüş keçirib.

 

 

Visions Icon

Missiyamız

AİH-nin mədəni dəyərlərini bölüşən peşəkar və məqsədyönlü komanda tərəfindən həyata keçirilən şəffaf investisiya prosesləri vasitəsilə Azərbaycanın uzunmüddətli inkişafına və firavanlığının artımına xidmət etmək.

Ətraflı
Visions

Portfel şirkətlər

Energetika və təbii sərvətlər

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “AzerGold” QSC

Maliyyə

“Azərbaycan Beynəlxalq Bankı” ASC “Azər Türk Bank” ASC

Sənaye və kənd təsərrüfatı

“Azəralüminium” MMC “Təmiz Şəhər” ASC “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC