Loading...
Xəbərlər
25 apr 2025

25 aprel tarixində Azərbaycan Respublikasının Baş naziri, AİH-nin Müşahidə Şurasının sədri Əli Əsədovun sədrliyi ilə keçirilən iclasın gündəliyində Holdinqin idarəetməsinə verilmiş Portfel Şirkətlərin 2024-cü ilin yekunları üzrə Fəaliyyət Hesabatı, əsas maliyyə nəticələri, o cümlədən ümumi gəlir və EBİTDA göstəriciləri, AİH-in idarəetməsinə verilmiş yeni portfel şirkətlər (“Azəralüminium” MMC, “Azərbaycan Alüminiumu” ASC və “Azərpambıq ASK” MMC), İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı tərəfindən portfel şirkətlərində korporativ idarəetmənin qiymətləndirilməsi layihəsinin yekun hesabatı və əsas praktik tövsiyələri, Birgə İnvestisiya Fondları çərçivəsində görülmüş işlər və digər məsələlər ətraflı müzakirə olunub.  

İclasda Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktoru Ruslan Əlixanovun geniş hesabatı dinlənilib.   

İclasın yekununda AİH-nin Müşahidə Şurasının üzvlərinin rəy və təklifləri nəzərə alınmaqla müzakirə olunan məsələlər barədə qərarlar qəbul olunub və Holdinqin İdarə Heyətinə müvafiq tapşırıqlar verilib. 

Visions Icon

Missiyamız

AİH-nin mədəni dəyərlərini bölüşən peşəkar və məqsədyönlü komanda tərəfindən həyata keçirilən şəffaf investisiya prosesləri vasitəsilə Azərbaycanın uzunmüddətli inkişafına və firavanlığının artımına xidmət etmək.

Ətraflı
Visions

Portfel şirkətlər

Energetika və təbii sərvətlər

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “AzerGold” QSC

Maliyyə

“Azərbaycan Beynəlxalq Bankı” ASC “Azər Türk Bank” ASC

Sənaye və kənd təsərrüfatı

“Azəralüminium” MMC “Azərbaycan alüminiumu” ASC “Təmiz Şəhər” ASC “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC