“Təmiz Şəhər” ASC-nin Müşahidə Şurasının növbəti iclası keçirilib
“Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının növbəti iclası keçirilib.
Müşahidə Şurasının sədri, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevin sədrliyi ilə keçirilən iclasda Müşahidə Şurasının üzvləri, “Təmiz Şəhər” ASC-nin İdarə Heyətinin sədri və digər üzvləri, həmçinin Azərbaycan İnvestisiya Holdinqinin nümayəndələri iştirak ediblər.
İclasda "Təmiz Şəhər" Açıq Səhmdar Cəmiyyətinin maliyyə-təsərrüfat fəaliyyətinin nəticələri müzakirə olunub və Cəmiyyətin fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində fikirlər səsləndirilib. Müşahidə Şurasının üzvləri tərəfindən eyni zamanda "Təmiz Şəhər" Açıq Səhmdar Cəmiyyətinin fəaliyyəti ilə bağlı digər məsələlər də nəzərdən keçirilərək müvafiq qərarlar qəbul olunub.
Qeyd edək ki, “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının tərkibi Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 22 sentyabr tarixli Sərəncamına əsasən yenidən formalaşdırılıb.