AİH-də ölkəmizdə səfərdə olan AYİB-in nümayəndə heyəti ilə görüş keçirilib

23 apr 2024
News image
News image

Azərbaycan İnvestisiya Holdinqinin (AİH) Baş icraçı direktoru Ruslan Əlixanov ölkəmizdə səfərdə olan Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) nümayəndə heyəti ilə görüş keçirib.

Görüşdə AYİB-in Azərbaycan üzrə 2024-2029-cu illəri əhatə edən yeni Ölkə Strategiyasının ilkin layihəsi, prioritet iqtisadi sahələrə xarici investisiyaların cəlbi, mövcud əməkdaşlıq və gələcək planlar barədə fikir mübadiləsi aparılıb.