AİH-də “Samruk Kazyna” Səhmdar Cəmiyyətinin idarə heyətinin sədrinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib
Azərbaycan İnvestisiya Holdinqinin (AİH) baş icraçı direktoru Ruslan Əlixanov, Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin prezidenti Rövşən Nəcəf və “Samruk Kazyna” Səhmdar Cəmiyyətinin idarə heyətinin sədri Nurlan Jakupovun rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.
Görüşdə 11 mart tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Qazaxıstan Respublikasının Prezidenti cənab Kasım-Jomart Tokayevin iştirakı ilə AİH və “Samruk Kazyna” arasında imzalanmış strateji tərəfdaşlıq Sazişindən irəli gələn məsələlər və atılacaq növbəti birgə addımlar müzakirə edilib.