Təmiz Şəhər ASC-nin Müşahidə Şurasının növbəti görüşü keçirilib
İclasda Müşahidə Şurasının sədri, üzvləri, “Təmiz Şəhər” ASC-nin İdarə Heyətinin sədri, əməkdaşları, həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Azərbaycan İnvestisiya Holdinqinin nümayəndələri iştirak edib.
Görüşdə Cəmiyyətin koordinasiya ofisinin yaradılması və rəhbərinin təyin olunması, 2022-ci il üzrə idarəetmə hesabatı və 2023-cü il üzrə korporativ əsas səmərəlilik göstəriciləri ətrafında fikir mübadiləsi aparılıb, müvafiq qərarlar verilib.
Qeyd edək ki, “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının tərkibi Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 22 sentyabr tarixli Sərəncamına əsasən yenidən formalaşdırılıb.