“Təmiz Şəhər" ASC-nin Müşahidə Şurasının iclası keçirilib
25 may 2024-cü il tarixində "Təmiz Şəhər” ASC-nin Müşahidə Şurasının iclası keçirilib.
“Təmiz Şəhər” ASC-nin Müşahidə Şurasının sədri, Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevin sədrliyi ilə keçirilən iclasda Müşahidə Şurasının üzvləri, “Təmiz Şəhər” ASC-nin İdarə Heyətinin sədri və əməkdaşları, həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Azərbaycan İnvestisiya Holdinqinin nümayəndələri iştirak ediblər.
İclasda 2023-cü il üzrə Koordinasiya ofisinin fəaliyyəti və Daxili audit yoxlamalarının nəticələri barədə hesabatlar müzakirə edilib. Görüşdə, həmçinin Bakı Bərk Məişət Tullantılarının Yandırılması Zavodunun fəaliyyəti barədə fikir mübadiləsi aparılıb. İclas iştirakçıları Cəmiyyətin fəaliyyətinə aid digər vacib məsələləri də müzakirə ediblər.
Qeyd edək ki, “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının tərkibi Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 22 sentyabr tarixli Sərəncamına əsasən yenidən formalaşdırılıb.