“Təmiz Şəhər" ASC-nin Müşahidə Şurasında ilin yekun hesabatları müzakirə edilib

19 dek 2024
News image
News image
News image

“Təmiz Şəhər" ASC-nin Müşahidə Şurasının növbəti iclası keçirilib.

“Təmiz Şəhər” ASC-nin Müşahidə Şurasının sədri, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevin sədrliyi ilə keçirilən iclasda Müşahidə Şurasının üzvləri, Cəmiyyətin İdarə Heyəti, həmçinin ETSN və Azərbaycan İnvestisiya Holdinqinin nümayəndələri iştirak ediblər. 

İclas zamanı “Təmiz Şəhər” ASC-nin 2025-ci il üzrə büdcəsi təsdiq edilib, tullantıların təsərrüfat sahələrinə səmərəli şəkildə yönləndirilməsinə dair təkliflər müzakirə olunub və idarəetmənin səmərəliliyinin təkmilləşdirilməsi mövzusunda hesabat dinlənilib.