SOCAR-ın Müşahidə Şurasının növbəti iclası keçirilib

01 iyl 2022
News image

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Müşahidə Şurasının növbəti iclası keçirilib.

İclasda şirkətdə idarəetmə standartlarının təkmilləşdirilməsi müzakirə edilib, səmərəliliyin yüksəldilməsi, Şuranın Koordinasiya Ofisinin fəaliyyətinin qiymətləndirilməsi və bərpa olunan enerji istehsalında investisiya strategiyası barədə müzakirələr aparılıb.

Dövlət Neft Şirkətinin Müşahidə Şurası Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin idarə edilməsinin təkmilləşdirilməsinə dair tədbirlər haqqında” 2021-ci il 23 yanvar tarixli Fərmanına əsasən yaradılıb.