"AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının növbəti iclası keçirilib
“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (AzerGold) Müşahidə Şurasının 2021-ci il üzrə növbəti iclası keçirilib.
İclasda Müşahidə Şurasının üzvləri, "AzerGold"un idarə heyətinin sədri və üzvləri iştirak ediblər. Müşahidə Şurasının sədri Rövşən Nəcəf iclas zamanı vurğulayıb ki, Müşahidə Şurası hazırda "AzerGold"un funksionallığını daha da artırmaq istiqamətində fəaliyyət göstərir.
İclasda Müşahidə Şurası tərəfindən "AzerGold"un fəaliyyətinin qabaqcıl korporativ idarəetmə prinsiplərinə uyğun qurulması istiqamətində qərarlar qəbul edilib, Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərman və Sərəncamlarından irəli gələn vəzifələrin icrasının təmin edilməsi məqsədi ilə atılacaq növbəti addımlarla bağlı beynəlxalq mütəxəssislərin iştirakı ilə təqdimat həyata keçirilib.
İclas iştirakçıları Cəmiyyətin fəaliyyəti ilə bağlı aktual məsələlər, o cümlədən, "AzerGold"un fəaliyyət sahələrinə aid siyasətlərin qəbul edilməsi ilə bağlı ətraflı müzakirələr həyata keçiriblər.