"Azər-Türk Bank" ASC-nin Müşahidə Şurasının iclası keçirilib
“Azər-Türk Bank” ASC-nin Müşahidə Şurasının sədri, Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktoru Ruslan Əlixanovun sədrliyi ilə keçirilən iclasda Müşahidə Şurasının üzvləri, Bankın İdarə Heyətinin sədri və digər üzvləri, həmçinin Azərbaycan İnvestisiya Holdinqinin nümayəndələri iştirak ediblər.
İclas iştirakçıları 2024-cü ilin I rübü üzrə Bankın idarəetmə hesabatını nəzərdən keçiriblər.
İclasda həmçinin 2024-cü ilin I rübü üzrə Bankın Risklərin idarəedilməsi üzrə hesabatı müzakirə edilib, qeyd olunan dövr üzrə bank sektorunun təhlili və son trendləri ətrafında fikir mübadiləsi aparılıb.
İclas zamanı Bankın Daxili Audit Departamentinin Bankda aparılmış audit yoxlamaları və görülən tədbirlərin nəticələri barədə hesabatı dinlənilib.
İclas iştirakçıları Bankın fəaliyyətinə aid digər vacib məsələləri də müzakirə ediblər.
Qeyd edək ki, 1995-ci ildən fəaliyyət göstərən “Azər-Türk Bank” ASC Prezident İlham Əliyevin 22 sentyabr 2021-ci il tarixli Sərəncamına əsasən Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilib.