AİH ilə SASAC arasında əməkdaşlıq çərçivəsində “Dövlət müəssisələrinin rəqəmsallaşdırılması” mövzusunda videokonfrans keçirilib
Azərbaycan İnvestisiya Holdinqi (AİH) ilə Çin Xalq Respublikasının Dövlətə məxsus aktivlərə nəzarət və onların idarə edilməsi üzrə qurumu (“State-owned Assets Supervision and Administration Commission of the State Council” - SASAC) arasında əməkdaşlıq çərçivəsində dövlət müəssisələrinin rəqəmsallaşdırılması mövzusunda videokonfrans formatında ilk görüş keçirilmişdir. Mövzuya dair təcrübə mübadiləsi konfransında AİH-in idarəetməsində olan dövlət müəssisələrinin nümayəndələri iştirak etmişlər.
Görüşdə SASAC-ın idarəetməsində olan “China Telecom” və “China Information Communication Technologies” (CICT) müəssisələrinin sahə üzrə mütəxəssisləri tərəfindən “Rəqəmsal transformasiya” mövzusunda təqdimatlar edilmişdir, dövlət idarəetməsində rəqamsallaşdırılmanın əhəmiyyəti və zəruriliyi vurğulanmışdır, dövlət müəssisələrində rəqamsallaşdırmanın tətbiqi imkanlarını müzakirə edilmişdir.