“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının 2021-ci il üzrə növbəti iclası keçirilib.

23 okt 2021
News image

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin (ASCO) Müşahidə Şurasının 2021-ci il üzrə növbəti iclası keçirilib.

Müşahidə Şurasının və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin İdarə Heyətinin üzvlərinin iştirak etdiyi iclasda ASCO-nun MŞ-nın verdiyi qərar və tapşırıqların icra vəziyyəti nəzərdən keçirilib, eləcə də Cəmiyyətdə daxili audit fəaliyyətinin təşkilinə dair MŞ-nın Komitələrindən daxil olmuş təkliflərə dair geniş fikir mübadiləsi aparılıb.

Cəmiyyətin ötən il üzrə gəlir və xərclər smetasının proqnoz göstəricilərinin dürüstləşdirilməsi ətrafında müzakirələr aparan  Müşahidə Şurası növbəti il üzrə gəlir və xərclər smetasının ilkin göstəricilərini nəzərdən keçirib.

İclasda həmçinin, ASCO-nun mümkün risklərin nəticələrinin azaldılması və qarşısının alınması üçün hüquqi-korporativ strukturun təkmilləşdirilməsi, o cümlədən 2020-2021-ci illəri əhatə edən “Dayanıqlı İnkişaf Haqqında Hesabatı”na dair məsələlərlə bağlı iclas iştirakçılarının rəyləri dinlənilib.

Müşahidə Şurasında “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin digər cari məsələləri ilə bağlı da müzakirələr aparılaraq müvafiq qərarlar qəbul olunub. 

 “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurası Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 11 fevral tarixli Sərəncamına əsasən yaradılıb.