Azərbaycan İnvestisiya Holdinqində “Samruk-Kazyna” fondunun nümayəndələri ilə görüş keçirilib
Azərbaycan İnvestisiya Holdinqinin (AİH) rəhbər heyəti Qazaxıstan Respublikasının “Samruk-Kazyna” suveren sərvət fondunun nümayəndələri ilə görüşüb.
Görüş zamanı tərəflər arasında enerji, hasilat, korporativ idarəetmə və digər məsələlər ətrafında müzakirələr aparılıb, eləcə də mövcud əməkdaşlığın daha da inkişaf etdirilməsinin önəmi vurğulanıb.