“Azər-Türk Bank" ASC-nin Müşahidə Şurasının növbəti iclası keçirilib
“Azər-Türk Bank” ASC-nin Müşahidə Şurasının sədri, Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktoru Ruslan Əlixanovun sədrliyi ilə keçirilən iclasda Müşahidə Şurasının üzvləri, Bankın İdarə Heyətinin sədri və digər üzvləri, həmçinin Azərbaycan İnvestisiya Holdinqinin nümayəndələri iştirak ediblər.
İclas iştirakçıları Bankın 2023-cü ilin 11 ayı üzrə idarəetmə hesabatını nəzərdən keçiriblər. Eyni zamanda iclasda 2024-cü il üzrə Bankın büdcə layihəsi də müzakirə edilib.
İclasda həmçinin, Bankın yeni filialının açılması və digər strateji təşəbbüslərinin həyata keçirilməsi də müzakirə olunub.
Qeyd edək ki, 1995-ci ildən fəaliyyət göstərən “Azər-Türk Bank” ASC-nin səhmlərinin 75 faizi Azərbaycan dövlətinə məxsusdur. Prezident İlham Əliyevin imzaladığı 22 sentyabr 2021-ci il il tarixli Sərəncama əsasən Bank Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilib.