AİH və OFID arasında əməkdaşlıq imkanları müzakirə olunub
AİH-in Baş icraçı direktoru Ruslan Əlixanov ilə Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) Beynəlxalq İnkişaf Fondunun (OFID) Orta Şərq və Şimali Afrika (MENA), Şərqi Avropa və Mərkəzi Asiya regionu üzrə ölkə rəhbəri Fatma Elşhati arasında videokonfrans formatında görüş keçirilib.
Görüş çərçivəsində energetika və təbii ehtiyatlar, logistika, eləcə də ictimai xidmətlər sahəsində OFID ilə mümkün əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılıb.