AİH-in rəhbər heyəti ilə Beynəlxalq Valyuta Fondunun nümayəndə heyəti arasında görüş keçirilib

22 iyn 2023
News image
News image
News image

Azərbaycan İnvestisiya Holdinqinin (AİH) Baş icraçı direktoru Ruslan Əlixanov Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycan üzrə yeni təyin olunan missiya rəhbəri xanım Anna Bordonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşdə Ruslan Əlixanov AİH-in idarəetməsində olan dövlət müəssisələrində son dövrdə həyata keçirilən islahatlar, korporativ idarəetmə və səmərəliliyin artırılması sahəsində əldə olunmuş nailiyyətlər, eləcə də əməliyyat və əsas səmərəlilik göstəriciləri ilə yanaşı müxtəlif hesabat və sənədləri özündə əks etdirən Vahid İnformasiya Sistemi barədə qonaqlara məlumat verib.    

BVF nümayəndələri, öz növbəsində, missiyanın məqsədi üzrə fikirlərini bölüşüb və tərəflər arasında qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.