AİH-in rəhbər heyəti ilə AYİB-in nümayəndə heyəti arasında görüş keçirilib
Azərbaycan İnvestisiya Holdinqinin (AİH) Baş icraçı direktoru Ruslan Əlixanov hazırda ölkəmizdə səfərdə olan Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Şərqi Avropa və Qafqaz regionu üzrə icraçı direktoru Matteo Patronenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib.
Görüşdə AİH-in AYİB ilə birgə gördüyü işlərin cari vəziyyəti müzakirə olunub və qarşılıqlı maraq doğura biləcək perspektiv layihələr barədə fikir mübadiləsi aparılıb