AİH-in Baş icraçı direktorunun “Yüksəliş” müsabiqəsinin qalibləri ilə yekun görüşləri keçirilib
“Yüksəliş” müsabiqəsinin Mentorluq proqramı çərçivəsində Azərbaycan İnvestisiya Holdinqinin (AİH) Baş icraçı direktoru Ruslan Əlixanovun müsabiqə qalibləri ilə yekun görüşləri keçirilib.
AİH-in Baş icraçı direktoru Mərkəzi Bankın baş direktoru Şahin Mahmudzadə və “Azerbaijan Trading Corporation” şirkətlər qrupunda əməliyyatlar üzrə baş direktor Mirzə Ələkbər Babayevin hazırkı fəaliyyət sahələri ilə maraqlanaraq mentor kimi peşəkar inkişafları ilə bağlı öz təcrübə və tövsiyələrini bölüşüb.
Görüş zamanı maraq doğuran mövzular ətrafında geniş müzakirələr və gələcəkdə birgə fəaliyyət haqqında fikir mübadiləsi aparılıb.
Yekun olaraq, Ruslan Əlixanov müsabiqə qaliblərinə gələcək iş həyatında uğurlar arzulayıb. Qaliblər isə öz növbələrində görüşün səmimiliyinə görə təşəkkür edərək, birillik şəxsi inkişaf planı çərçivəsində mentorla keçirilmiş görüşlərin çox faydalı olduğunu vurğulayıblar.