AİH-in Baş icraçı direktoru ilə Almaniyanın ölkəmizdəki səfiri arasında görüş keçirilib

17 noy 2021
News image

Azərbaycan İnvestisiya Holdinqinin (AİH) Baş icraçı direktoru Ruslan Əlixanov Almaniya Federativ Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Volfqanq Maniq ilə görüşüb.

Görüşdə R.Əlixanov AİH-in məqsədləri, görülmüş işlər və dövlət müəssisələrinin korporativ idarəedilməsi sahəsində aparılan islahatlar barədə səfiri məlumatlandırıb. Tərəflər arasında Almaniya şirkətləri tərəfindən ölkəmizdə həyata keçirilən layihələr, alman investisiyalarının Azərbaycan iqtisadiyyatına cəlb edilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.