AİH-in Baş icraçı direktoru İƏİT-in Dövlət Mülkiyyəti və Özəlləşdirmə Təcrübələri üzrə İşçi Qrupunun 43-cü iclasında iştirak edib

31 okt 2024
News image
News image
News image

29-30 oktyabr tarixlərində İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) Paris şəhərindəki inzibati binasında Dövlət Mülkiyyəti və Özəlləşdirmə Təcrübələri üzrə İşçi Qrupunun 43-cü iclası baş tutmuşdur.

Azərbaycan İnvestisiya Holdinqinin (AİH) nümayəndə heyətinin də iştirak etdiyi açılış mərasimində sonuncu dəfə 2015-ci ildə dərc olunmuş “Dövlət müəssisələrinin korporativ idarəetməsi üzrə İƏİT Təlimatları” yeni redaksiyada rəsmi təqdim olunmuşdur. İclas zamanı “Davamlılıq və dövlət mülkiyyəti”, “Dövlət müəssisələrinin ictimai hədəfləri: Ümumi baxış üçün konsept sənədi” və digər mövzularda panel sessiyaları baş tutmuşdur.

İclasın “Yenilənmiş təlimatlar üçün yeni formatda sorğu və dövlət müəssisələrinin təhlilinin gələcək formatı” mövzusundakı panel sessiyasında çıxış edən AİH-in Baş icraçı direktoru Ruslan Əlixanov İƏİT tərəfindən 2023-2024-cü illər ərzində həyata keçirilmiş “AİH və onun portfel şirkətlərinin korporativ idarəetməsinin qiymətləndirilməsi” layihəsi və ümumi təhlil prosesi üzrə öz rəy və təkliflərini səsləndirib. Əlavə olaraq, bir sıra suallara cavab verərək korporativ idarəetmə sahəsində görülmüş işlər və bu günədək əldə olunmuş müsbət nəticələr barədə sessiya iştirakçılarına geniş məlumat verib.